Murad Mirzəyev 1976-cı ilin 31 mart günündə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Hələ uşaq yaşlarında hərbçi olmaqa can atan Mirzəyev anasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991-1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə ali hərbi məktəbi bitirib. Nəticədə Murad Mirzəyev Amerika Birləşmiş Ştatları, Rumıniya və İordaniyada baş tutan hərbi təlimlərə qatıldı.
Təlimlərdən sonra vətənə qayıdaraq 2016-cı ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti olaraq calışdı.

Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub.
Murad Mirzəyev 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alan Fizzə Mirzəyeva ilə ailə həyatı qurdu. Murad Mirzəyevin 2009-cu il təvəllüdlü Nurlan və 2011-ci il təvəllüdlü Dəniz adında iki övladı yadigar qaldı.

Xidmət illəri: 1991—2016
Təltifləri: Azərbaycanın Milli Qəhrəmanı
“Qızıl Ulduz” medalı “Hərbi xidmətdə fərqlənməyə görə” medalı (II dərəcəli) “Hərbi xidmətdə fərqlənməyə görə” medalı (III dərəcəli) “Qüsursuz xidmətə görə” medalı (II dərəcəli) “Qüsursuz xidmətə görə” medalı (III dərəcəli) “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı