Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təskilatlarına Dövlət Dəstək Şurasının maddi dəstəyi ilə “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İçtimai Birliyi Nərimanov rayonu Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Prespublika Xüsusi İnternat Məktəbində “Aprel Şəhidlərini tanıyaq” adı altında tədbir baş tutub. 
SosialXəbər.az-ın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbinin dirktoru İradə Vəzirova açıb.

O, bildirib ki, hazırda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə yenidən qurulmuş bu məktəb 80 ildən artıq yaşı var: “Heydər Əliyev Fondu tərəfindən uşaqlar məktəbli ləvazimatları, geyim və qida ilə təmin olunurlar. Məktəbə daim nəzarət var və uşaqlara xüsusi qayğı göstərilir. Biz uşqlara qayğı ilə yanaşı çalışırıq ki, onlara vətənpərvərlik ruhunu da aşılayaq. Vətənpərvərlik ruhunun aşılanması, onları vətənpərvərlik ruhunda yetişdirilməsi üçün məktəbimizdə tez-tez bu kimi tədbirlər keçirilir. Qarabağ hadisələri, Aprel döyüşləri, 20 Yanvar hadisələri və döyüşlərdə şəhid olan Azərbaycan şəhidləri uşaqlara tanıdılır, onların qəhrəmanlıqları təbliğ olunur və şəhid olanların ruhu yad olunur.

Məktəbin direktoru həmçinin qeyd edib ki, uşaqlar arasında vətənpərvərlik ruhunda “flaş-mob”lar keçirilir.

“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Rövşən Ağamalıyev tədbirdə çıxış edərək qeyd edib ki, təqdim olunan “Aprel Şəhidlərini tanıdaq” adlı videoçarx Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təskilatlarına Dövlət Dəstək Şurasının maddi dəstəyi ilə “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyi layihəsi əsasında SƏS TV tərəfindən hazırlanıb: “Bildiyimiz kimi, 2016-cı il aprel ayınının birindən dördünə qədər Ermənistan silahlı qüvvələri sərhədyanı kəndlərimizi, qoşunların təmas xəttindəki yaşayış məntəqələrimizi amansızcasına atəşə tutmuşdular. Baş komandan cənab Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu əks hücuma keçərək işğalçı ordunu geri oturtmaqla bərabər xeyli ərazilərimizi azad etmişdir. Nəticədə 320 erməni silahlısı məhv edilmiş, 2000 hektar ərazi düşməndən təmizlənmişdir. Bunlar Tərtər rayonunun Selsulan, Qazaxlı kəndləri, Talış kəndi ətrafındakı strateji yüksəkliklər, Cəbrayıl rayonunu LələTəpə strateji yüksəkliyi və Cocuq Mərcanlı kəndidir. Vətəndaş cəmiyyəti olarq şəhidlərimizi təbliğ etmək bizim borcumuzdur”.

Çıxışının sonunda R.Ağamalıyev rəhbərlik etdiyi QHT adından məktəbin direktoru İradə Vəzirovanı Aprel qəhrəmanlarının tanıtımında verdiyi dəstəyə görə fəxri fərmanla təltif edib.

Azərbaycan Pespublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin” dirktoru Sərraf Orucov çıxış edərək bildirib ki, vətənpərvərlik ruhunda çəkilən filmlərin sayı daha çox olmalıdır və bu filmlər sayəsində uşaqlara vətənpərvərlik ruhu aşılansın və məktəblilər vətənpərvərlik ruhunda tərbiyə olunsun.

S.Oruc həmçinin təklif edib ki, hər il məktəblərdə aprel ayınında Aprel şəhidləri məktəblilər arasında yad edilsin və belə videoçarxlar onlara təqdim olunsun.

Həmçinin tədbirdə çıxış edən “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov bildirib ki, bu gün Azərbaycanda sağlamlıq imkanları məhdud insanların işə qəbul edilməsi üçün xüsusi yerlər ayrılıb. Onlar işə qəbul edilir və onlara cəmiyyətin bir parçası olduqları hiss etdirilir.

Sonda Aprel şəhidlərinə həsr olunmuş “Aprel Şəhidlərini tanıyaq” adlı videoçarx tədbir iştirakçılarına təqdim olunub və xatirə şəkili çəkilib.