Dəyərli dostlar!
Sizi Azərbaycan Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına dövlət dəstəyi şurasının maliyyə dəstəyi ilə Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi “Gənclər arasında Vətənpərvərliyin təbliği” mövzusunda təşkil edilən ikinçi tədbirə dəvət edirik.

“Gənclər arasında Vətənpərvərliyin təbliği” layihəsini irəli sürməkdə məqsədimiz gənclər arasında Vətənpərvərlik və milli mənəvi şüurun təbliği və aşılanmasına diqqət etməkdir. Gənclər arasında Vətənpərvərlik hissinin yüksəldilməsi mövzusu daim gündəmdə olmalıdır.

Vətənpərvərlik Vətənin tarixini öyrənməkdə, sərhədlərini qorumaqda, lazım gələrsə, dövlətin müəyyənləşdirdiyi qaydalara şüurlu əməl etməkdə ifadə olunur. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında ulu öndər Heydər Əliyevin müdrik kəlamı daha böyük əhəmiyyət daşıyır: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

Tədbir 20 iyul 2019-cu il tarixində saat 12:00-da keçiriləcək. Bütün vətənpərvər dostlar, gənclər dəvətlidirlər.
Ünvan: Milli Qəhrəman Mübariz İbrahimov adına Milli Qəhrəmanlar Muzeyi

Hörmətlə: layihə rəhbəri, Arabaçı Əlillər Şəbəkəsi İB sədri,Qarabağ Qazisi İlham Məhərrəmov