Əsas Səhifə İdman “Araz” klubu bu gün ilk oyununu keçirəcək

“Araz” klubu bu gün ilk oyununu keçirəcək

2 dəqiqə oxundu
0
0
5

UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz” klubu bu gün ilk oyununu keçirəcək.

Sosialxəbər.az bildirir ki, Azərbaycan Futzal Federasiyasının rəsmi saytı xəbər verir ki, təmsilçimiz “De Bres Arena”da Bakı vaxtı ilə 22:30-da Belçika çempionu “Halle Gooik”lə üz-üzə gələcək.

Komandamız oyuna itkilərlə çıxacaq. Belə ki, İranlı legionerlər Hadi Ahmadi, Hadi Rezvan, Vahid Şəfiei və Amir Şocaye viza ala bilmədiklərinə görə, komanda ilə birgə Belçikaya səfər edə bilməyiblər.

Çətin durumla üzləşən təmsilçimiz 6 oyunçu və 2 qapıçı ilə mübarizə aparmalı olacaq.

Heyət:

Qapıçılar: 12. Rövşən Hüseynli, 19. Vladislav Reznov

Oyunçular: 17. İsa Atayev, 11. Xətai Bağırov, 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 10. Nihad İsmayılov,

Baş məşqçi: Joze Alesio Da Silva

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin İdman

Bir cavab yazın

Bunu da oxu

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Sosialxəbər.az bildirir ki, Ekologiya və Təbii S…