Əsas Səhifə Slide-az ASB özünüməşğulluq proqramı iştirakçısına dəstək oldu

ASB özünüməşğulluq proqramı iştirakçısına dəstək oldu

3 dəqiqə oxundu
0
0
1,312

Sosialxəbər.az bildirir ki, Azərbaycanın ilk banklarından biri olan ASB iqtisadi və sənaye layihələrini maliyyələşdirməklə ölkə iqtisadiyyatının inkişafında daima aktiv rol oynayır. Dövlət və sosial yönümlü layihələrə öz iştirakı ilə dəstək olan və bu sahədə aparıcı yerlərdən birini tutan ASB xüsusilə əhalinin həssas qruplarından olan vətəndaşlarımıza dəstəyi daima prioritet sayıb.

ASB daima sosial məsuliyyət ehtiva edən, vətəndaşlarımıza dəstək verən bütün layihələrdə yer alır və sosial müdafiə dəstəyinə ehtiyacı olan işsiz vətəndaşları, aztəminatlı ailələri və məcburi köçkünləri daima diqqət mərkəzində saxlayır.

Mərkəzi Bank, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair bağlanmış 11 mart 2020-ci il tarixli memoranduma uyğun olaraq özünüməşğulluğun təşkili üçün proqram hazırlanıb.

Ramazan Bayramı və 28 May Respublika Günü Bayramları ərəfəsində baş tutan bu sosial kampaniyada ASB layihə çərçivəsində “Özünüməşğulluğa cəlb edilmiş şəxs” olan Həziyeva Zəkiyyə Sevindik qızına öz şəxsi biznesinin inkişafı üçün avadanlıqların təmin edilməsi ilə dəstək göstərib. ASB tərəfindən proqram çərçivəsində dəstək davam etdirilir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Şuranın dəstəyi ilə şəhid ailələrinə yardımlar göstəriləcək

Azərbaycan Respublikasinin Prezidenti Yaninda Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi …