Əsas Səhifə Siyasət ATƏT PA-nın qış sessiyasında Qarabağ münaqişəsi müzakirə olunacaq

ATƏT PA-nın qış sessiyasında Qarabağ münaqişəsi müzakirə olunacaq

2 dəqiqə oxundu
0
0
29

 

ATƏT-in Parlament Assambleyasının (PA) fevral ayında keçiriləcək qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ müzakirə olunacaq.

Bunu Mlli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, qış sessiyasında iştirak etmək məqsədi ilə Azərbaycan nümayəndə heyəti gələn il fevral ayının 2-ci ongünlüyündə Avstriyanın Vyana şəhərinə səfər edəcək:

“Gündəliyə daxil edilib-edilməməsindən asılı olmayaraq, Dağlıq Qarabağ problemi birmənalı şəkildə müzakirə predmeti olur. Sessiyada ilk növbədə Azərbaycan nümayəndələri, eyni zamanda digər parlamentarilər bu məsələni qaldırırlar və münaqişənin ədalətli yolla həll edilməsinin vacibliyini iştirakçılara çatdırırlar. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsi yenə də gündəlikdə olacaq”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Siyasət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…