Atmosfer havasını çirkləndirən sürücülərə iki dövlət qurumu tərəfindən xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sosialxəbər.az Axar.az-a istinadən verilən məlumata görə, nazirliyin Regional Ekologiya İdarələri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə ölkə ərazisində “Təmiz hava aylığı” ilə bağlı aksiyaları davam etdirir. Avqustun 1-dən başlayan tədbirlər çərçivəsində avtomobillərin ixrac etdiyi zərərli qazların miqdarı yoxlanılır və maarifləndirici tövsiyələr verilir. Yoxlamalar bu ayın sonuna qədər davam edəcək.

“Təmiz hava aylığı” ilə bağlı keçirilən reydlər zamanı avtomobillər iki nazirliyin əməkdaşları tərəfindən polis postlarında saxlanılır və zərərli qazların miqdarı yoxlanılır. Havaya normadan artıq tullantı atan avtomobillərin sürücülərinə maarifləndirici məlumatlar verilir.

ETSN sürücülərə tövsiyə edir ki, həm sağlamlıq, həm də ətraf mühitin qorunması üçün avtomobillərini saz vəziyyətdə saxlasınlar.