Əsas Səhifə Hadisə Avtobus kanala aşdı, 29 nəfər öldü

Avtobus kanala aşdı, 29 nəfər öldü

2 dəqiqə oxundu
0
0
2

Hindistanın şimalındakı Aqra şəhərində avtobusun dərəyə aşması nəticəsində ən azı 29 nəfər ölüb.

Sosialxəbər.az xəbər verir ki, bu barədə “India Today” nəşri yazıb.

Bildirilib ki, qəza baş verən ərazidə 27 nəfərin cəsədi aşkar edilib. Daha 16 nəfərin yaralandığı deyilir. Yaralanan şəxslər xəstəxanalara aparılıb.

Uttar Pradeş ştatının polis bölməsi özünün “Twitter” səhifəsində bildirib ki, qəzanı sükan arxasında yatan sürücü törədib.

Belə ki, Lakhnau şəhərindən paytaxt Dehliyə gedən avtobus 4,5 metr dərinlikdə olan dərəyə aşıb.

Son məlumata görə, 20 sərnişin xilas edilib.

Hazırda xilasedicilər hadisə yerində əməliyyatları davam etdirirlər.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

MSK bu dairədəki nəticələrin ləğvini müzakirə edir

MSK-nın hazırda davam edən iclasında 34 saylı Xətai ikinci seçki dairəsi üzrə bir qrup nam…