Əsas Səhifə Hadisə Avtobusdan enmək istəyən sərnişin ağır xəsarət alıb

Avtobusdan enmək istəyən sərnişin ağır xəsarət alıb

1 dəqiqə oxundu
0
0
45

Qaradağ rayonunda avtobusdan enmək istəyən sərnişin ağır xəsarət alıb.

Sosialxəbər.az xəbər verir ki, hadisə Buta qəsəbəsində baş verib.

1980-ci il təvəllüdlü İsmayılov Elnur Cavad oğlu 126 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusundan düşmək istəyib. Bu zaman o, hərəkət etməyə başlayan avtobusdan yerə yıxılıb.

Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. E.İsmayılovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Sosialxəbər.az bildirir ki, Ekologiya və Təbii S…