Səbail rayonunda avtomobil 40-45 yaşlı qadını vurub.

Sosialxəbər.az xəbər verir ki, hadisə Bayıl qəsəbəsində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən və şəxsiyyəti hələlik naməlum olan təxminən, 40-45 yaşlı qadını vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.