Əsas Səhifə Cəmiyyət Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb

1 dəqiqə oxundu
0
0
31

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 88,2 min nəfər və ya 0,9 faiz artaraq 2016-cı il noyabr ayının 1-nə 9793,8 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, əhalinin sıxlığı bir kvadratkilometrə 113 nəfər olub. Ümumi əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinləri, 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardır. Hər 1000 kişiyə hazırda 1007 nəfər qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr aylarında ölkə üzrə 133,3 min, yaxud hər gün orta hesabla 437 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 16,5 təşkil edib. Doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrin 2306-sı əkiz, 57-si isə üçəm doğulanlardır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…