Azərbaycan Əlilləri Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün elan etdiyi müsabiqədə “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması” layihəsi qrafika uyğun 09 avqust 2019-cu il tarixində saat 11:00-da Şamaxı rayonu Mərkəzi Kitabxanasında tədbirini təşkil etdi.

Birliyini mətbuat xidmətindən Sosialxəbər.az-a verilən məlumata görə, tədbir çərçivəsində sağlamlıq imkanları məhdud vətəndaşların sosial rifahının dayanıqlığı istiqamətində həyata keçirilən dövlət proqramlarının əhatə dairəsinin genişləndirilməsi, bu qurupa daxil olan insanların ölkəmizdə tətbiq edilən sosial müdafiə və təşviq mexanizmlərinin yararlanma səviyyəsinin yüksəldilməsi, əlil vətəndaşlarının ölkə iqtisadiyyatının, o cümlədən əmək bazarının aktiv iştirakçılarına çevrilməsi istiqamətində maarifləndirici tədbirlərinin intensivliyinin artırılması və beləliklə iqtisadi inkluzivliyin dəstəklənməsi və bu sahədə mövcud problemlərin həlli yolları mövzusunda müzakirələr aparılmışdır.