Əsas Səhifə Cəmiyyət Azərbaycan insan hüquqları və azadlıqları kimi dəyələrə sadiqdir

Azərbaycan insan hüquqları və azadlıqları kimi dəyələrə sadiqdir

2 dəqiqə oxundu
0
0
22

Azərbaycan insan hüquqları və azadlıqları kimi dəyələrə sadiqdir.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Konqres Mərkəzində keçirilən Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII zirvə görüşündə deyib.

“Bunun dərin tarixi kökləri vardır. Biz fəxr edirik ki, 1 əsr əvvəl müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulub və qadınlara səsvermə hüququ verilib. Bu sahədə biz hətta əksər Qərb ölkələrini də qabaqlamışıq. Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir. Azərbaycanda bütün azadlıqlar, qanunun aliliyi təmin olunur”.

Prezident qeyd edib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib:

“Azərbaycana 270 milyard dollardan artıq sərməyə qoyulub, bunun da yarısı xarici sərmayədir. Ölkəmizin xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada 9-cu yerdəyik”

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Bu dövlət qurumun 5 əməkdaşı koronaya yoluxdu

Sumqayıt Telekommunikasiya Qovşağının (STQ) beş əməkdaşı koronavirusa yoluxub. Sosialxəbər…