Əsas Səhifə Cəmiyyət “Azərbaycan İsraildən “Dəmir günbəz” silahları alır” – İDDİA

“Azərbaycan İsraildən “Dəmir günbəz” silahları alır” – İDDİA

1 dəqiqə oxundu
0
0
28

İsrailin timesofisrael.com nəşri hesab edir ki, Azərbaycan və İsrail arasında hərbi əməkdaşlıq dekabrın 13-də Bakıda İsrailin baş naziri Netanyahu və Azərbaycan prezidenti Əliyev arasındakı görüşdə mühüm mövzulardan biri olub.

Yekun mətbuat konfransında Əliyev İsraildən 4,85 milyard dollar məbləğində silah alınmasını nailiyyət kimi qeyd edib. Müqavilələrin böyük hissəsinin hələ irəlidə olduğunu deyən Əliyev bunun hədd olmadığını qeyd edib.

Nəşr bildirir ki, Bakı İsrailin “Dəmir günbəz” RƏM sistemi ilə maraqlanır. Taktiki RƏM sistemi düşmən raketlərinin tutulması üçün nəzərdə tutulub, raket hücumlarından təxminən 90 faizə qədər müdafiəni təmin edir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…