Əsas Səhifə Cəmiyyət Azərbaycan KİV-nə müsahibə verən erməni qız həbs edilib

Azərbaycan KİV-nə müsahibə verən erməni qız həbs edilib

2 dəqiqə oxundu
0
0
29

Xankəndindən olan gənc yazıçı Lusine Nersisyanın müsahibəsi haqqın.az saytında dərc edildikdən dərhal sonra o, Ermənistan xüsusi xidmət orqanlarının işğalçı Dağlıq Qarabağ rejimində fəaliyyət göstərən şöbəsi tərəfindən həbs edilib.

Artıq bir neçə saatdır ki, L.Nersisyan Xankəndində xüsusi xidmət orqanlarının binasında saxlanılır.

Bunu “Aravot” qəzetinə müsahibəsində separatçı liderin mətbuat katibi David Babayan təsdiq edib. O, Azərbaycanı Ermənistana və Dağlıq Qarabağa qarşı “hibrid müharibə” aparmaqda günahlandırıb: “Son həftələrdə Azərbaycan bizə qarşı informasiya müharibəsi elan edib. Onlar bizim kütləvi informasiya vasitələrinə müdaxilə etməyə çalışır, insanların psixologiyasına təsir edirlər, müharibənin hibrid formalarının müxtəlif formalarından fəal şəkildə istifadə edirlər”.

D.Babayanın sözlərinə görə, Ermənistanın xüsusi xidmət orqanları hazırda L.Nersisyanı Azərbaycan KİV-də çıxış etməyə və Bakı sülhməramlı deklarasiyasını dəstəkləməyə vadar etmiş xüsusları araşdırırlar.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…