Əsas Səhifə Cəmiyyət Azərbaycan Lapşini tələb edir

Azərbaycan Lapşini tələb edir

2 dəqiqə oxundu
0
0
30

Separatçı rejim: “Bu, Belarusun imicinə mənfi təsir edəcək”

Qondarma Dağlıq Qarabağ Respublikası (DQR) “prezidenti”nin sözçüsü David Babayan ölkəmizin sərhədlərini pozan təxribatçı bloger Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiya etməməyə çağırıb.

“Dövlət sərhədi haqqında” Qanunun və Miqrasiya Məcəlləsinin pozulmasına görə beynəlxalq axtarışı elan edilmiş blogger A.Lapşin Azərbaycanın xahişi ilə Minskdə saxlanılıb.

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti rəsmi Bakının Minskdən Lapşinin ekstradisiya olunmasını xahiş etdiyini bildirib.

“Novosti Armeniya”ya açıqlama verən D.Babayan deyib: “Aleksandr Lapşinin ekstradisiyası Belarusun imicinə mənfi təsir edəcək”.

Onun sözlərinə görə, Azərbaycanın cəhdləri Belarusun daxili işlərinə müdaxilədir.

Xatırladaq ki, əvvəllər A.Lapşin Azərbaycan XİN-in “qara siyahı”sına daxil edilib. Rəsmi Bakı Azərbaycan hakimiyyətinin razılığı olmadan qondarma DQR-in ərazisinə səfər etmiş əcnəbilərə dair siyahını 2013-ci ildə açıqlayıb. Bu şəxslərin Azərbaycan girişi qadağandır.

Ancaq 2015-ci ilin iyununda Lapşin Ukrayna pasportu ilə Gürcüstan vasitəsilə Azərbaycana daxil olub.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…