Əsas Səhifə Qarabağ “Azərbaycan öz torpaqları ilə həmsərhəd olan yeganə ölkədir”

“Azərbaycan öz torpaqları ilə həmsərhəd olan yeganə ölkədir”

6 dəqiqə oxundu
0
0
4

Sosialxəbər.az bildirir ki, Son vaxtlar tez-tez səsləndirilən məşhur və ağrılı bir fikir var: “Azərbaycan öz torpaqları ilə həmsərhəd olan yeganə ölkədir”.

Bu fikir zaman-zaman müxtəlif formalarda öz təsdiqini tapır. Necə ki, ötən gün bir daha tapdı: Gürcüstanla sərhəddə bir çoban sürüsü ilə Azərbaycan ərazisinə daxil olub və sərhədçilərimiz çoban itlərinin hücumundan sonra müdaxilə etməyə məcbur qalıblar. İnsident zamanı itlər ölüb, çoban yaralanıb. Məlum olub ki, yaralanmış çoban Gürcüstan vətəndaşı olan azərbaycanlı imiş.

Rəsmi Tiflis isə hadisə ilə bağlı istintaq başladıb.

Təsəvvür edin: torpaq bizim, atəş açan bizim, yaralanan çoban bizim, sürü bizim, çoban iti bizim… amma istintaqı başladan Tiflis.

Gürcüstan vətəndaşı olan azərbaycanlı da, onun qoyunu da, iti də indiki Azərbaycan ərazisindəki dağı-daşı yaxşı tanıyır. O qoyun, o itlər üçün bu sərhəd yoxdur, çünki genetik yaddaşlarında bu torpaqlar Bütövdür!

Bilirsiniz bu nə deməkdir?

Təhqir, savadsızlıq, avamlıq simvoluna çevirdiyimiz qoyun Bütövlüyü dərk edir, biz dərk edə bilmirik. Lağ obyekti etdiyimiz qoyun bizdən daha tamdır, Bütövdür.

Borçalı da, Dərbənd də, Təbriz də Qarabağ kimidir, əslində. Qarabağı itirdiyimiz kimi, o torpaqları da imperialist qüvvələrinin müstəsna rolu sayəsində itirmişik.

Təbii, burada söhbət qonşu, dost Gürcüstana, ya da Rusiyaya ərazi iddialarından getmir. Söhbət Kərkükdən Səmərqəndə qədər ərazi təfəkkürünə malik olan Azərbaycan insanının Bakı boyda düşünməsindən gedir.

Əksəriyyət yerlibazlıq edib, doğulduğu rayon boyda düşünür. Ona görə bizim insanların çoxunda baxış bucağı dar, birtərəfli olur.

Məsələn, hansısa orta statistik azərbaycanlı xaricdə ikən, tutaq ki, Nizamidən, Üzeyir Hacıbəyovdan, Lütfi Zadədən deyil, öz rayonunun yeməklərindən, nə bilim, çəkilmə araqdan, motal pendirindən danışır. Daha başa düşmür ki, Qafqaz insanının canına hopmuş yeyib-içmək kultu Qərb insanına maraqlı deyil, qərblini qarnını doyurmaq o qədər də maraqlandırmır. Buna əcnəbilərlə söhbətimdə də şahid olmuşam.

Nəsə…

Söhbəti çox uzatmadan deyim: Böyük faktlar böyük düşüncələrdən yaranır.

Sənin Hindistana qədər gedib çıxmış Nadir şahın, ABŞ-dan Yaponiyaya qədər elmi cığır açmış Lütfi Zadən, Qərbin kitabxanalarında özünə yer tutmuş Nizamin, Füzulin var.

Ona görə də sənin 86,6 min kvadrat kilometr boyda düşünməyə haqqın yoxdur.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Qarabağ

Bir cavab yazın

Bunu da oxu

Fəzail Ağamalının seçicilərlə görüşü davam edir

Fəzail Ağamalının seçicilərlə görüşü davam edir.Sosialxəbər.az xəbər verir ki, yanvarın 18…