Qərar № 10

(29 mart 2010-cu il tarixli, 53 nömrəli qərarlara əsasən edilmiş sonuncu dəyişikliklər və əlavələr)
Bakı şəhəri, 15 yanvar 1994-cü il

«Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və həmin Qanunun qüvvəyə minməsi haqqında Milli Məclisin 1993-cü il 3 sentyabr tarixli 98 saylı qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış və Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi ilə razılaşdırılmış «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azər-baycan Respublikası Dövlət Sosial Müdafiə Fondu, yerli icra hakimiyyətləri Qanunda və bu Qaydalarda nəzərdə tutulan güzəştlərin, təminatların və digər xərclərin ödənilməsi üçün vəsait ayırsınlar.

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1994-cü il 15 yanvar tarixli
10 saylı qərarı ilə
təsdiq edilmişdir.