Əsas Səhifə Siyasət Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd, Orucov Sərraf Vəliş oğlunun seçki Platforması

Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd, Orucov Sərraf Vəliş oğlunun seçki Platforması

26 dəqiqə oxundu
0
0
291

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocəvənd Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd,Orucov Sərraf Vəliş oğlunun seçki Platformasi

DAĞLIQ QARABAĞA DƏSTƏK

Azərbaycan Respublikasının ərazi bütövlüyü bütün dünya dövlətləri tərəfindən tanınmasına dəstək verərək, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı qəbul etdikləri qətnamələrin icra olunmasına çalışaraq nail olmaq. Əsəs məqsədim erməni seperatçılarının işğalı altında olan Dağlıq Qarabağı və ətraf 7 rayonu düşmən işğalından azad etməkdir.

Bunun üçün hər birimiz siyasi mənsubiyyətindən, dinindən asılı olmayaraq Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Sillahlı Qüvvələrinin Ali Baş komandanı ətrafında sıx birləşərək, müasir və peşəkar ordumuzun daha da güclü olması üçün əlimizdən gələni əsirgəməyərək Dağlığ Qarabağ məsələsində öz milli birliyimizi göstərərək işğal altında olan və bizi gözləyən torpaqlarımızı azad etməliyik.

QANUNVERİCİLİK FƏALİYYƏTİ

Ø Azərbaycan Respublikasının Prezidentinin ölkəmizin daha da güclənməsi və inkişafı naminə, xüsusi ilə neqativ halların aradan qaldırılması ilə korrupsiyaya qarşı qətiyyətli mübarizəsinə, struktur və modernləşmə istiqamətində apardığı islahatlar siyasətinə dəstək olmaqla yanaşı, Milli Məclisin ictimaiyyətlə əlaqələrin güclənməsi ilə aparıcı qüvvəyə çevirilməsi;

Ø Milli Məclisinölkənin bütün sahələrində öz intellektual səviyyələri, bilik və bacarıqları ilə seçilən vətandaşları özündə birləşdirərək yeni keyfiyyətə malik peşəkar qanunverici orqan kimi fəaliyyətə başlamaq;

Ø Milli Məclisdə hərbi qulluqçuların statusuna dair qanun lahiyələrinin hazırlanmasında yaxından iştirak edərək cəmiyyət və hökümət arasında əlaqələri möhkəmləndirmək;

Ø Qanunların qəbul edilməsi prosesinə bir məqsəd kimi deyil, sosial-iqtisadi islahatların həyata keçirilməsində, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsində bir vasitə kimi baxılmasına çalışmaq.

SEÇİCİLƏRLƏ İŞ PROQRAMI

Ø Şuşa-Ağdam-Xocali-Xocəvənd rayonlarınından olan Seçicilərimin problemləri ilk növbədə hərtərəfli araşdırılaraq sistemli həllinə üstünlük veriləcək. Müvafiq qanunların, proqramların, investisiya layihələrinin qəbul edilməsi və icrasına bilavəstə əlimnən gələn dəstəyimi əsirgəməmək;

Ø Ayda bir dəfədən gec olmayaraq Şuşa-Ağdam-Xocali-Xocəvənd rayonlarının seçicilərininmüvəffəqətiməskunlaşdığlarırayonlarda seçicilərim ilə davamlı görüşlərin keçiriləcək;

Ø Şuşa-Ağdam-Xocali-Xocəvənd rayonlarının ərazisində mənim əlaqələndirici nümayəndəmin seçilməsi və qərargahlarımın yaradılması;

Ø Şuşa-Ağdam-Xocali-Xocəvənd rayonlarında Millət vəkili obrazının köklü şəkildə dəyişdirərək seçicilərimin daima yanında olaraq onlara vicdanla xidmət etmək;

Ø Seçicilərlə hökümət arasında səmimi dostluq prinsipini yaratmaq. Onların fikirlərinə önəm vermək, daha mühüm təxirəsalınmaz problemi nəzarətdə saxlayaraq kömək etmək;

Ø Vətəndaşların ərizə, şikayətlərinə və qaldırılan məsələlərin qanun çərçivəsində ədalətli həllinə nail olmaq;

Ø İcra hakimiyyətinin, bələdiyyələrin, sahibkarların, qeyri-hökumət təşkilatlarının, ağsaqqal və ziyalıların imkanlarından istifadə edərək vətəndaşlara xidmət etmək;

Ø Hər zaman seçicinin rayon üzrə seçilmiş millət vəkilinə əl çatan olmasını təmin etmək.

İQTİSADİYYATIN VƏ AQRAR SEKTORUN İNKİŞAFINA DƏSTƏK

Ø Dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı regiona ayrılan maliyyə vəsaitlərinin artırılması məsələsinin qaldırılması;

Ø Sahibkarlığın, o cümlədən yerli istehsalın inkişafı üçün əlverişli şərait yarada bilən qanunların hazırlanması;

Ø Şuşa-Ağdam-Xocali-Xocəvənd əhalisinin müvvəqqəti məskunlaşdığı rayonlarda yeni iş yerlərinin yaradılması üçün təkliflərlə çıxış etmək;

Ø Sakinlərin problemlərinin qanunvericilik yolu ilə həll edilməsi;

Ø Aqrar sektora investisiyaların və güzəştli kreditlərin artırılması məqsədi ilə məsələ qaldırılması;

Ø Kənd təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması, aqroservislərin fəaliyyətinin artırılması məqsədi ilə qanunvericilik bazasının təkmilləşdirilməsi;

Ø Kənd təsərüfatı məhsullarının emalı üçün müasir müəssisələrin yaradılması;

Ø Kənd təsərrüfatında ənənəvi sahələrin inkişaf etdirilməsi və yeni layihələrin stimullaşdırılması ilə bağlı təkliflərin hazırlanması;

Ø Kənd təsərrüfatının inkişafına mane olan əngəllərin aradan qaldırılmasına köməklik etmək.

SOSİAL MƏSƏLƏLƏR VƏ İNFRASTRUKTURANIN YAXŞILAŞDIRMASINA DƏSTƏK

Ø Azərbaycançılıq və dövlətçılık naminə veteran təkilatlarının həmrəyliyinə çalışmaq:

Ø Şəhid ailələrinə, müharibə əlilərinə, veteranlarına, ahıl şəxslərə, əlillərə, hər iki valideyinlərini itirmiş yeniyetmə və gənclərə, xüsusi qayğıya ehtiyacı olan insanlara diqqət yetirilməsi;

Ø Hərbi xidmətdə və ehtiyyatda olan hərbi qulluqçuların, onların ailə üzvlərinin hüquq və mənafelərinin müdafiəsi istiqamətində qanunvericilik təşəbbüsü ilə çıxış etmək;

Ø Səhid ailələrinin, müharibə əlillərinın, veteranlarıın və Çernobl qəzasının iştirakçıların komunal, torpaq, mənzil və sosial sığorta xərclərindən azad etmək istiqamətində təşəbbüslə çıxış edərək səy göstərmək;

Ø Dövlət tərəfindən müharibə veteranlarına təyin olunmuş 80 manat kompesiyasıyalarının münimum əmək haqına qaldırmaq üçün çalışmaq. Çünki bu gün müharibə veteranlarının yarısından çoxusu işsizdir. Onlara verilən 80 manat sosial müavinət onların heç kommunalhaqlarınınodənilməsinə çatmır. Əgər Azərbaycan Sillahlı Qüvvələrinin Ali Baş komandanı əmir verərsə vəmüharibə başlayarsa onda torpaqlarımızın müdafiyyəsi uğrunda yenə müharibə görmüş veteranlarımız müharibəyə gedəcəkdirlər. Buna görə müharibə veteranarımızın döyüş ruhunu qaldırmaq üçün onların sosial və maddi rifahlarını qaldırmaq lazımdır.

Ø Əfqanıstan müharibəsi veteranlarının mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar qeydiyyatda olduqları şəhər və rayonlarda güzəştli mənzil növbəsinəgötürülməsinə çalışmaq;

Ø Qarabağ müharibəsi əlillərinə verilmiş imtiyazlar, Əfqanıstan müharibəsi əlillərinə də şamil olunmasına çalışmaq;

Ø Əfqanıstan və Qarabağ müharibəsi əlil və veteranları arasında ayrı-seçkiliyə son qoymağa çalışmaq;

Ø Müharibə şəraitində olan ölkəmizdə Səhid ailələrinə, müharibə əlillərinə, veteranlara, Çernobl qəzasının iştiraçılarına, ehtiyyatda olan hərbi qulluqçulara vətəndaşların diqqət və sayğısını artırmaq istiqamətində qanunvericilik təşəbbüsü ilə çıxış etmək;

Ø Uşaqların yetkinlik yaşına çatana qədər dövlət tərəfindən sosial müdafiəsi üçün qanunların hazırlanması istiqamətində təşəbbüs göstərərək dövlət tərəfindən yeni döğulan uşaqların 3 yaşına kimi aylıq uşaq pullarının verilməsi üçün təkliflər vermək; Çünki, bu uşaq pulunun bərpası üçün çox saylı əhalini maraqlandıran və arzuladıqları məsələdir.

Ø Şuşa-Ağdam-Xocali-Xocəvənd rayonlarının əhalisinin sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması prosesində aktiv iştirak etmələrini təmin etmək;

Ø Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş insanların adlarını daimi uca tutaraq, Azərbaycanınel məzarlığlarında, şəhid məzarlarını və onların xatirələrini əbədiləşdirmək üçün xatirə güşələri düzəldilərək, şəhidlərimizə vətəndaşların sayqısını artırmaq istiqamətində proqramlar hazırlamaq. Çünki Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş insanların adlarını daima uca tutaraq daim qəlbimizdə olmalıdırlar. Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmamalı və unudulmamalıdırlar.

Ø Ölkəmizdə yeniyetmə və gənclər arasında hərbi vətənpərvərliyi artırmaq üçün, dövlətin və cəmiy­yətin başlıca vəzifələ­rin­dən hesab olunan, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda Şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və ve­teran­laradövlətin diqqət və qayğısını ar­tır­­maq üçüntəkliflərlə çıxış etmək;

Ø Qanunvericilik fəaliyyətində şəhid ailələrinin, müharibə əlilləri, veteranları və aztəminatlı ailələrin mənafeyini qoruyan qanun layihələrinin hazırlanmasında aktiv
iştirak edərək adı çəkilən təbəqənin sosial rifahlarını günü-gündən yaxşılaşdırmasına çalışmaq;

Ø Az təminatlı ailələrə hər cür köməkliyin göstərilməsi və onların sosial proqramlarda iştirak etməsində maarifləndirmə işlərinin aparılması;

Ø Vətəndaşlar üçün davamlı və sabit gəlir əldə etmək imkanını saxlamaq üçün yeni iş yerlərinin açılması ilə əlaqədar qanunvericilik bazasının yaradılması;
Ø Kənd yollarının təmiri və asfalt örtüyü çəkilməsi ilə bağlı məsələ qaldırılması;
Ø Su-kanalizasiya infrastrukturunun regionda qurulmasının surətləndirilməsi ilə bağlı təklifin qaldırılması;
Ø Azərbaycanın bütün şəhər-rayonlarının idarə-müassələrində, ümum təsil müəssələrində və mərkəzi küçələrdə hərbi-vətənpərvərliyin təbliği ilə bağlı löhvələrin vurulması üçün təkliflərlə çıxış etmək.
HUMANİTAR SAHƏYƏ DƏSTƏK

Ø Regionda təmirə ehtiyacı olan məktəblərin və uşaq bağçalarının yenidən qurulmasına dair müvafiq icra orqanları qarşısında məsələ qaldırılması;
Ø Kəndlərdə xəstəxanaların və tibb məntəqələrinin təmiri və müasir avadanlıqlarla təchiz edilməsi;
Ø Regionda mədəni potensialın tam olaraq üzə çıxarılması məqsədi ilə müxtəlif layihələrin işlənilməsi;
Ø Regionda olan vətəndaşların könüllülük hərakatına cəlb edərək onların işsizliyinin qarşısını almaqda köməklik edilməsi.

GƏNCLƏR SİYASƏTİ DƏSTƏK

Ø İpoteka kreditləri üzrə şərtlərin gənc ailələr üçün yüngülləşdirilməsini­ nəzərdə tutan təkliflərin hazırlanması və bunu reallaşdırmaqla regionda gənclərin mənziltəminatının yaxşılaşdırılması;
Ø Gənc ailələr tərəfindən mənzil tikintisi üçün onlara müvafiq torpaq fondunun ayrılması məsələsinin icra orqanları qarşısında qaldırılması;
Ø İdmançı gənclərə xüsusi diqqət göstərilməsi, idmanın kütləviləşdirilməsi,­ yeni idman qurğularının qurulması;
Ø Gənclərin işlə təmin olunmasına köməklik göstərilməsi;
Ø Hərbi xidmət çağrışçıların çağırılma dövrü və xidmət dövrü vətənpərvərliyinin aşılanması üçün rayon ictimaiyyəti ilə mütəmadi görüşlərin keçirilməsi.

Əziz seçicilər! Məqsədim xalqa və dövlətə sədaqətli xidmətimi şərəf və vicdanla davam etməkdir.

124 saylı Şuşa-Ağdam-Xocali-Xocəvənd Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun Prezidenti, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin” direktoru Sərraf Orucov.

Telefon, Whatsap(+994) 77 755-50-68,

http://bedib.qht.az, https://www.facebook.com/serraf.oruc,

Email; denizpasha555@mail.ru

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Siyasət

Bir cavab yazın

Bunu da oxu

“Evdə qal,cəmiyyəti qoru”Əlilliyi olan şəxslərin mesajı-Video Çarx

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Bir…