Əsas Səhifə Dünya Azərbaycan və Türkiyə prezidentləri yeni qaz kəmərini açacaqlar

Azərbaycan və Türkiyə prezidentləri yeni qaz kəmərini açacaqlar

2 dəqiqə oxundu
0
0
20

TANAP qaz kəmərinin ikinci və sonuncu hissələrinin açılışını noyabrn 30-da Azərbaycan və Türkiyə prezidentləri həyata keçirəcəklər.

Sosialxəbər.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

“TANAP bizim üçün ən mühüm layihələrdən biridir. Noyabrın 30-da onu istifadəyə verməyə hazırlaşırıq. Mərasimdə Azərbaycan və Türkiyə prezidentlərinin də iştirakı gözlənilir”, deyə nazir qeyd edib.

O qaz kəmərinin Azərbaycan və Türkiyə xalqları üçün xeyirli olacağına ümüdvar olduğunu bildirib.

1850 kilometrlik TANAP qaz kəməri Avropanın enerji təhlükəsizliyini təmin edəcək. “Şahdəniz” yatağından çıxarılan qaz bu kəmər vasitəsi ilə Türkiyə ərazisindən keçərək avropa istifadəçilərinə çatdırılacaq.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Bunu da oxu

Gəncədə yanacaqdoldurma məntəqəsi partladı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhəri,…