Əsas Səhifə Siyasət Azərbaycan XİN: İstanbulda törədilən qanlı terror aktını qəti şəkildə pisləyirik

Azərbaycan XİN: İstanbulda törədilən qanlı terror aktını qəti şəkildə pisləyirik

1 dəqiqə oxundu
0
0
34
Türkiyənin İstanbul şəhərində törədilmiş terror aktı ilə əlaqədar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi mətbuata açıqlama yayıb.
Açıqlamada deyilir: “Biz, İstanbulun Beşiktaş rayonunda törədilən, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyirik. Bu xain terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq”.
“Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir”, – deyə açıqlamada qeyd olunur.
Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Siyasət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…