Əsas Səhifə Cəmiyyət Azərbaycana 1.5 milyon “kitayski” tut tingi gətirildi

Azərbaycana 1.5 milyon “kitayski” tut tingi gətirildi

2 dəqiqə oxundu
0
0
37

Baramaçılığın inkişaf etdirilməsi üçün rayonlarda yeni intensiv tipli tut (çəkil) bağlarının salınması məqsədilə Çin Xalq Respublikasından 1,5 milyon ədəd tingi ölkəmizə gətirilib. Kənd Təsərrüfatı Nazirliyi xəbər verir ki, tinglər “Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkətindən alınıb. Müqavilənin şərtlərinə uyğun olaraq, dekabrın 2-də şirkət tərəfindən tədarük edilmiş 1,5 milyon ədəd tut tingi hava nəqliyyatı ilə Bakıya gətirilib.

Tut tinglərindən ibarət yüklər Heydər Əliyev Beynəlxalq Aeroportundan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış bölgü əsasında, ayrılmış nəqliyyat vasitələri ilə operativ surətdə Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucar rayonlarına yola salınıb. Sonra bölgüyə uyğun olaraq bu rayonlardan ətraf 37 rayona paylanılacaq.

Qeyd edək ki, gətirilən çəkil tingləri beynəlxalq standartlara cavab verən, 2 illik calaq olunmuş, həm daşınmasını asanlaşdırmaq, həm də sükunət dövrünü başa vurmaq məqsədilə kök boğazından 50 santımetr olmaqla kəsilib hazırlanıb və fermer və sahibkarlara, eyni zamanda, nazirliyin tabeçiliyində olan tingçilik təsərrüfatlarına ödənişsiz əsaslarla veriləcək.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…