Əsas Səhifə Hadisə Azərbaycana 43 kq narkotik gətirən şəxslər tutuldu

Azərbaycana 43 kq narkotik gətirən şəxslər tutuldu

5 dəqiqə oxundu
0
0
170

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı müha­fizəsi istiqa­mətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə külli miqdarda narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alıb.

Sosialxəbər.az bildirir ki, DSX-dən Axar.az-a verilən məlumata görə, mayın 1-də “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olub.

Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılaraq həmin sahə istiqa­mə­tində hərəkət edərək İran İslam Respub­likasından Azərbaycan Respublikasına doğru və əks istiqamətində 1 nəfərə məxsus izlər aşkarlayıb.

Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­rilib, nəticədə 3 ədəd qara rəngli idman çantası içərisində ümumi çəkisi 42 kq 700 qram narkotik vasitə (9 kq “heroin”, 6 kq 700 qr “metamfetamin”, 4 kq 100 qr “marixuana”, 19 kq 300 qr “həşiş”, 1 kq 800 qr – “metadon M-40” həbi və 1 kq 800 qr “preqabalin”) aşkar olunaraq götürül­üb.

Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliy­yə­tinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əmək­daşlarının keçirdiyi əməliyyat-axtarış tədbir­ləri nəticəsində 5 nəfər şübhəli şəxs qismində sax­lanılıb.

Saxlanılan şəxslərin Astara rayonunun Kijəbə qəsəbə sakinləri 1981-ci il təvəl­lüdlü Əhmədov Fərhad Vəliağa oğlu, 1989-cu il təvəllüdlü Teymurov Elməd­din Razim oğlu, 1984-cü il təvəllüdlü Fərzizadə Anar Nizaməli oğlu, 1995-ci il tə­vəl­lüdlü Abdullayev Nurlan Tofiq oğlu və 1974-cü il təvəllüdlü Babayev Dönməz Hətəm oğlu olması müəyyənləşdirilib.

Araşdırma zamanı saxlanılmış şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Daha çox oxşar yazı
  • Lənkəranda zəlzələ olub

    Lənkəranda zəlzələ olub. Sosialxəbər.az bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzin…
  • Vitse-spiker Ramil Səfərov haqda yazdı

    Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı qərarı Azərbaycan üçün əhəmiyyət k…
  • Bakı nefti bahalaşdı

    Dünya birjalarında neftin qiyməti ötən günlə müqayisədə ucuzlaşıb. Sosialxəbər.az xəbər ve…
Daha çox yükləyin: Səbinə Kərimova
  • Lənkəranda zəlzələ olub

    Lənkəranda zəlzələ olub. Sosialxəbər.az bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzin…
  • “Azərişıq” əməkdaşları güllələndi

    Masallı rayonunda Azərişıq ASC-nin əməkdaşlarının güllələnməsi hadisəsi ilə bağlı cinayət …
  • Sumqayıtda ağır qəza

    Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sosialxəbər.az-ın məlumatına görə, hadis…
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

Lənkəranda zəlzələ olub

Lənkəranda zəlzələ olub. Sosialxəbər.az bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzin…