Əsas Səhifə Slide-az Azərbaycanda görünməmiş toy – Kartejə 5 min xərcləndi

Azərbaycanda görünməmiş toy – Kartejə 5 min xərcləndi

3 dəqiqə oxundu
0
0
36
Əraziyə çoxsaylı polis əməkdaşı cəlb olunub, sakinlər atəşkəsin pozulduğunu zənn edib

Gecə yarısı keçirilən atəşfəşanlıq şəhər əhalisini yuxudan oyadıb. Dekabrın 7-dən 8-nə keçən gecə, təxminən saat 01.30 radələrində, İmişli şəhər əhalisinin narahatlığına səbəb olan hadisə baş verib. Təxminən yarım saat havaya bir-birinin ardınca gur işıq və partlayıcı səs buraxan fişənglər atılıb, hay-küy səsi gecənin sakitliyini pozub. Sakinlər yuxudan oyanaraq evlərin pəncərəsindən bayıra baxıblar, küçələrə çıxanlar olub. Şahidlərin dediklərinə görə, sakinlərin bəzilərinə elə gəlib ki, cəbhə bölgəsində atəşkəs pozulub, havaya buraxılanlar da odlu silahların mərmiləridir. Sonradan məlum olub ki, həmin gün İmişli şəhərindəki mindən çox adamın iştirakı ilə dəbdəbəli toy mərasimi təşkil olunub. Rusiyada yaşayan, əslən İmişlidən olan iş adamı, oğlunun toyuna həmin ölkədən xeyli sayda qonaq dəvət edib.

Təkcə “Bəy-gəlin maşını”na 5, musiqiçilərə isə 20 min manat xərc çəkildiyi deyilir. Elə havaya dəyəri minlərlə manat hesablanan fişənglər də şadlıq sarayının həyətindən buraxılıb. Əraziyə çoxsaylı polis əməkdaşı cəlb olunub.

Minlərlə rayon sakininin narahatlığına səbəb olan şənlik sosial şəbəkələrdə də müzakirə olunub, aşırı dəbdəbə və israfçılıq qınaq obyektinə çevrilib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…