Əsas Səhifə Cəmiyyət Azərbaycanda kazinolar açıla bilərmi?

Azərbaycanda kazinolar açıla bilərmi?

6 dəqiqə oxundu
0
0
133

Azərbaycanı ofşor ölkəyə çevirməklə bağlı təklifə həssaslıqla yanaşmağın tərəfdarıyam. Ofşor – azad iqtisadi zonanın ifrat dərəcəsidir. Bizdə isə ölkə başçısının təşəbüsü ilə Ələtdə azad iqtisadi zona yaradılıb.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Azərbaycanın ofşor ölkəyə çevrilməsi ilə bağlı ictimai maraq doğuran təklifinə münasibət bildirərkən deyib. O bildirib ki, Qüdrət Həsənquliyevin təklifləri özlüyündə çox böyük islahatlar kompleksini əhatə edir:

“Qüdrət bəyin qeyd etdiyi kimi, bu gün ölkəyə xarici investisiyanın cəlb edilməsinə ehtiyac var. Bu faktdır, xüsusən də pandemiyadan sonra biz bunu hiss edəcəyik. Lakin burada əsas məsələ hansı sahələrə investisiya cəlb edilməsidir. Bu gün xarici investisiyanın ehtiyac duyulduğu əsas sahələr texnologiya, elm sahələridir”.

Q.Hüseynli bildirib ki, Ukrayna ilə Azərbaycanı bərabərləşdirmək mümkün deyil:

“Qüdrət bəyin fikrinin əsas istinad mənbəyi Saakaşvilinin “Ukrayna Avropanın ofşor ölkəsinə çevrilməlidir” fikridir. Mən bu fikirlə razı deyiləm. Saakaşvili hər nə qədər ağıllı siyasətçi olsa da, onun Ukrayna kimi böyük bir ölkəni ofşor zonaya çevirmək ideyası inandırıcı görünmür. Birincisi, Ukranya buna uyğun bir ölkə deyil. Çünki bu gün faktiki olaraq ölkə daxilində siyasi sabitlik yoxdur. İkincisi, Azərbaycanla Ukraynanın fərqli cəhətləri çoxdur: istər ərazi, istərsə də əhali və xalqın milli xüsusiyyətləri baxımından… Üçüncüsü, ofşor zona daha çox kiçik ölkələrə fayda verir. Bu, həm də onu deməyə imkan verir ki, bir ölkəni bütövlükdə deyil, ölkənin bir neçə şəhərini, vilayətini ofşor zona etmək olar. Misal üçün, Ukraynada Odessa vilayətində və ya başqa bir şəhərində bu üsulu tətbiq etmək olar. Azərbaycana gəldikdə isə Xəzər sahili şəhər və qəsəbələr buna uyğundur. Ələt qəsəbəsi bunun ən bariz nümunəsidir”.

Q.Hüseynli kazinoların açılmasına qarşı olduğunu bildirib:

“Kazinoların ölkəmizdə fəaliyyətinin əleyhinəyəm. Qanunlarımızda da kazino fəaliyyəti qadağandır. Bu, iqtisadi cəhətdən faydalı görünsə də, fəsadları çoxdur. Digər tərəfdən istər dini nöqteyi-nəzərdən, istərsə də mədəni-əxlaqi baxımdan kazinoların açılmasını doğru saymıram”.

Qeyd edək ki, millət vəkili Qüdrət Həsənquliyev “Xalq Cəbhəsi” qəzetinə müsahibəsində Azərbaycanın ofşor ölkəyə çevrilməsi, həmçinin regionlarda kazinoların fəaliyyətə başlaması təklifi ilə çıxış edib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Çinə ağır zərbə planı

ABŞ koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu ziyanı Çindən təzminat olaraq…