Əsas Səhifə Slide-az Azərbaycanda növbəti qəbul imtahanları keçirilir

Azərbaycanda növbəti qəbul imtahanları keçirilir

2 dəqiqə oxundu
0
0
141

Sosialxəbər.az bildirir ki, Bu gün cari və əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları və II, III və V ixtisas qrupları üzrə ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahanlar (Azərbaycan və ya rus dili) keçirilir.

İmtahanlar Binəqədi, Pirallahı, Suraxanı, Nərimanov, Sabunçu, Qaradağ, Abşeron, Mingəçevir (Mingəçevir, Yevlax, Ağdaş), Şəmkir (Şəmkir, Gədəbəy), Ağcabədi (Ağcabədi, Ağdam), Kürdəmir (Kürdəmir, Zərdab, Ağsu), Masallı (Masallı, Yardımlı), Cəlilabad (Cəlilabad), Şirvan (Şirvan, Hacıqabul, Saatlı), Zaqatala (Balakən, Zaqatala, Qax), Quba (Quba, Qusar), Şamaxı (Şamaxı, Qobustan), Naxçıvan imtahan mərkəzlərində keçirilir.

 

İmtahanlar 19 şəhər və rayonda təşkil olunub. İmtahanlarda 16884 abituriyentin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, doqquz illik orta təhsil bazasından kolleclərə sənəd verən abituriyentlər də yuxarıda qeyd olunan əlavə xarici dil imtahanı verəcəklər.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…