Əsas Səhifə Milli məclis Azərbaycanda Türkiyə bazası: MM-də müzakirə olacaq

Azərbaycanda Türkiyə bazası: MM-də müzakirə olacaq

3 dəqiqə oxundu
0
0
322

Həmişə demişəm, bir daha təkrar edirəm: Qarabağın azadlığı üçün biz danışıqları Rusiya ilə aparmalıyıq. Əgər Rusiya indiki siyasətini davam etdirərsə, Azərbaycan neytrallıq siyasətindən imtina etməli, MDB-dən çıxmalı, müvafiq qanunları dəyişməklə ölkədə Türkiyənin hərbi bazalarını yerləşdirməlidir.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Rusiyanın Ermənistana sihal tədarükünü şərh edərkəb deyib.

O bildirib ki, torpaqlarımızın işğaldan azad olunması üçün müharibə etməliyik:

“Ciddi qərarlar qəbul edib, qətiyyətli addımlar ata bilməsək, Ermənistanla bir 30 il də danışıqlar aparsaq, heç bir nəticəsi olmayacaq. Parlamentin payız sessiyası başlayan kimi mən Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi təşəbbüsü ilə çıxış edəcəm. Müstəqil dövlət olub, müstəqil siyasət yürütdüyümüzü deyib, hətta bunu edə bilməyəcəyiksə, onda torpaqlarımızın azad olunmasını gərək yuxuda da görməyək”.

Millət vəkili qeyd edib ki, Rusiya torpaqlarımızın işğal altında qalmasının əsas səbəbkarı ola-ola biz ona “vasitəçilik”, əslində isə işğalçılıq siyasətinə görə təşəkkür edib, strateji müttəfiqlikdən danışmamalıyıq:

“Biz özümüz özümüzə hörmət etməliyik ki, başqaları da etsin”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Milli məclis

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Neft ucuzlaşdı

Dünya birjalarında neft qiymətləri ötən günlə müqayisədə ucuzlaşıb. Sosialxəbər.az xəbər v…