Əsas Səhifə Cəmiyyət Azərbaycandakı enerji layihələrinin inkişafında yeni bir mərhələyə şahidlik edirik

Azərbaycandakı enerji layihələrinin inkişafında yeni bir mərhələyə şahidlik edirik

3 dəqiqə oxundu
0
0
109

Bu gün Azərbaycandakı enerji layihələrinin inkişafında yeni bir mərhələyə şahidlik edirik. Bu ili – 2020-ci ili belə bir mühüm hadisə ilə başlamaqdan çox məmnunam. Bunun yaxşı gələcəyi olacaq, ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyanı və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin icraçı direktoru Məhəmməd Cameel əl-Ramahini qəbul edərkən deyib.

“Səudiyyə Ərəbistanından olan turist qonaqları qeyd etdiniz. Zənnimcə, Birləşmiş Ərəb Əmirliklərindən olan turistlərin sayı da buna bərabərdir. Sizin ölkələrinizə səyahət edən azərbaycanlıların da sayı artır. Bu, sadəcə, turistlərə təklif etdiklərimizlə bağlı deyil. Bunun səbəbi insanların burada özünü rahat hiss etməsidir. Azərbaycanlılar sizin ölkələrinizə, sizin vətəndaşlarınız da Azərbaycana səyahət edərkən özlərini öz evlərindəki kimi hiss edirlər. Bu İcra Müqaviləsinin imzalanması mərasimi də ölkələrimiz arasındakı əlaqələri gücləndirəcək”, – Prezident qeyd edib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Cəlilabada dilənçiliyə gedənlər saxlanıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkə ərazisində elan edilmiş xüsusi…