Dünən vəfat edən Azərbaycanın əməkdar artisti, tanınmış diktor Natəvan Hacıyeva ilə vida mərasimi başlayıb.

Sosialxəbər.az-ın xəbərinə görə, mərhumla vida mərasimi evində keçirilir.

Mərasimdə N.Hacıyevanın sənət yoldaşları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edir.

Mərasimdən sonra N.Hacıyeva Yasamalda köhnə qəbiristanlıqda dəfn olunacaq. Sabah saat 13:00-da Təzə Pir məscidində 3 mərasimi keçiriləcək.

Qeyd edək ki, 1942-ci ildə anadan olan Natəvan Hacıyeva 1960-ci ildə efirə çıxıb. O, AzTV-nin ilk rəsmi diktoru olub.

Allah rəhmət eləsin!

Evində keçirilən vida mərasimindən sonra mərhum Yasamalda köhnə qəbiristanlıqda dəfn olunub.