Əsas Səhifə İdman Azərbaycanın cüdo idman növü üzrə paralimpiya yığma komandası beynəlxalq yarışa yola düşür

Azərbaycanın cüdo idman növü üzrə paralimpiya yığma komandası beynəlxalq yarışa yola düşür

3 dəqiqə oxundu
0
0
24

Azərbaycanın cüdo idman növü üzrə paralimpiya yığma komandası 23-24 sentyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçiriləcək Beynəlxalq Qran Pri yarışında iştirak edəcək. Komandamız sabah Özbəkistana yola düşür.

Sosialxəbər.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov komandanın üzvlərini qəbul edib. O, para cüdo komandasına ümidlərin böyük olduğunu qeyd edib. İdmançılara yarışlarda uğurlar arzu edib.

Qeyd edək ki, “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran yarışda ölkəmizi 8 kişi, 8 qadın olmaqla 16 idmançı təmsil edir.
Komandamızın tərkibi aşağıdakı kimidir:

Kişilər: Vüqar Şirinli (-60kq), Bayram Mustafayev (-66kq), Namiq Abbaslı (-66kq), Ramil Qasımov (-73kq), Hüseyn Rəhimli (-81kq), Rövşən Səfərov (-90kq), Kənan Abdullaxanlı (-100kq) və komandanın kapitanı İlham Zəkiyev (+100kq)

Qadınlar: Şahanə Hacıyeva (-48kq), Səbinə Abdullayeva (-52kq), Bəsti Səfərova (-52kq), Afaq Sultanova (-57kq), Sevda Vəliyeva (-57kq), Xanım Hüseynova (-63kq), Zülfiyyə Hüseynova (-70kq) və Dürsədəf Kərimova (+70kq).

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin İdman

Bir cavab yazın

Bunu da oxu

Kapital Bank yenilənən Ağdam filialını istifadəyə verdi

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həya…