Əsas Səhifə Hadisə Azərbaycanlı müğənni qəzada öldü – Video

Azərbaycanlı müğənni qəzada öldü – Video

2 dəqiqə oxundu
0
0
28

Qax rayonunda yol qəzası baş verib.

Sosialxəbər.az Report-a İstinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Qum kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ-21015 markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin – 1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva hadisə yerində ölüb. Sürücü, 1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, mərhum M.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi.

Faktla bağlı araşdırma aparılır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

“Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi” İctimai Birliyinin BƏYANATI

Sosialxəbər.az xəbər verir ki, “Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi” İctimai…