Əsas Səhifə Sağlamlıq “Azercell”lə dünyanı daha yaxşı görün

“Azercell”lə dünyanı daha yaxşı görün

2 dəqiqə oxundu
0
0
13

Valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə yaradılan “Mobil Göz Klinikası” “Azercell”in dəstəyi ilə fəaliyyətini davam etdirir.

Sosialxəbər.az xəbər verir ki,Bakıda bir çox internat məktəblərinə, uşaq evlərinə, bölgələrdə məcburi köçkün ailələrinin məskunlaşdığı ərazilərə səfər edən klinika növbəti ödənişsiz göz müayinələrini Şirvan şəhər İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzində təşkil edib. Səfər çərçivəsində 30 uşaq müayinədən keçib.

Klinikanın növbəti səfəri Qaradağ rayonuna təşkil edilib. Səfər zamanı Ümid qəsəbəsində məskunlaşan məcburi köçkün ailələrinin uşaqları klinikanın həkimləri tərəfindən müayinə olunub. 39 uşaq müayinədən keçib, onlara lazımi müalicələr təyin edilib, eynəklər paylanılıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Sağlamlıq

Bir cavab yazın

Bunu da oxu

56 qrant layihəsi koronavirusla mübarizəyə yönləndirildi – Azay Quliyev

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi …