Alman Dili Müəllimləri İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclər arasında milliazlıqların mədəniyyəti və adət-ənənəsi haqqında tədbirlərin təşkili “ layihəsinin icrasına başlayır.

Bu barədə Sosialxəbər.az –a layihə rəhbəri Leyla Qasımzadə məlumat verib. Onun sözlərinə görə, layihənin məqsədi Ümumtəhsil və ali təhsil müəssisələrində Azərbaycanda yaşayan azsaylı xalqlar ,onların adət-ənənələri,mədəniyyəti,incəsənəti barədə maarifləndirməsi və Sumqayıt şəhərində məskunlaşmış azsaylı xalqların nümayəndələri ilə məktəblilərin görüşünü təşkil etməkdir. İlk tədbir 14 oktyabr 2019-cu il tarixində Sumqayıt şəhər 23 saylı tam orta keçiriləcək. Ümumilikdə isə layihə boyunca Sumqayıt şəhərində beş ümumtəhsil ocağında məlumatlandırma tədbirləri təşkil olunacaq.