Əsas Səhifə Cəmiyyət Aztəminatlı ailələrə yardım ediləcək

Aztəminatlı ailələrə yardım ediləcək

1 dəqiqə oxundu
0
0
28

Sosialxəbər.az bildirir ki, “Gələcəyə Baxış “ Avropaya İnteqrasiya İctimai Birliyi tərəfindən “Koronovirus pandemiyası dövründə aztəminatlı ailələrə birdəfəlik yardımların edilməsi “ adlı layihə keçirilir. Layihənin icrası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə yardımı ayırıb.
Bakı şəhərində müxtəlif rayonlarda məskunlaşmış aztəminatlı, tənha, məcburi köçkün və şəhid ailələri üçün nəzərdə tutulmuş ərzaq yardımı paketinə gündəlik zəruri ərzaq məhsulları daxildir.
Layihənin keçirilməsində məqsəd koronovirus COVİD-19 pandemiyası dövründə ehtiyaclı ailələrə yardım göstərmək və onlara dəstək olmaqdır.
Bağlamaların verilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi mövcud preventiv qaydalara əməl etməklə həyata keçiriləcək.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…