Əsas Səhifə QHT - lər Azyaşlılar arasında keçirilən onlayn rəsm müsabiqəsinin ilk mərhələsi yekunlaşdı

Azyaşlılar arasında keçirilən onlayn rəsm müsabiqəsinin ilk mərhələsi yekunlaşdı

2 dəqiqə oxundu
0
0
266

Sosialxəbər.az xəbər verir ki, Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 11 aprel 2020-ci il tarixindən “Evdə qal,cəmiyyəti qoru” adlı onlayn rəsm müsabiqəsinə start verib. Müsabiqənin ilk səs vermə mərhələsi 10 may 2020-ci il tarixindən 17 may 2020-ci il tarixinə qədər davam edib.

1-ci mərhələdə 5 ekspert, bir müəllimə və online səs vermədən sonra azyaşlılar arasında keçirilən rəsm müsabiqəsi yekunlaşıb.Qeyd edək ki, 1-ci mərhələdə üç yer uğrunda 14 azyaşlı mübarizə aparıb.

Azyaşlılar arasında 3 yerin qalibləri

1-ci yer 95 balla Səfərli Yusif

2-ci yer 89 balla Rüstəmova Mələy

3-cü yer 85 balla Məmmədova Ayan

Növbəti onlayn səs vermə yeniyetmələr arasında keçiriləcək. Yeniyetmələr arasında onlayn səs verməyə 18 may 2020-ci il tarixindən start veriləcək.

Layihə rəhbəri Səbinə Kərimova

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin QHT - lər

Bir cavab yazın

Bunu da oxu

Düşmənlə öz dilində danışmalıyıq

Millət vəkili, Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva bu gün…