Əsas Səhifə Digər “Bakcell” şirkəti “ASAN Kadr” sərgisində iştirak edib

“Bakcell” şirkəti “ASAN Kadr” sərgisində iştirak edib

3 dəqiqə oxundu
0
0
21

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti “ASAN Kadr” Karyera mərkəzinin 2-ci Karyera sərgisində iştirak edib.

Sosialxəbər.az xar.az xəbər verir ki, Bakı Ali Neft Məktəbində keçirilmiş sərgidə, ümumilikdə 80-dən çox müəssisə təmsil olunub. Karyera sərgisinin əsas məqsədi ASAN könüllüsü olmuş, o cümlədən savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin məşğulluq imkanlarını artırmaq, vətəndaşların işlə təmin olunmalarına dəstək göstərmək, habelə müəssisələrin mövcud iş vakansiyaları haqqında məlumat vermələri üçün şərait yaratmaqdır.

Sərgi zamanı gənclərə “Bakcell” şirkətində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib və potensial namizədlərlə müsahibələr keçirilib.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından olan “Bakcell” şirkəti gənclərin təhsilinin və karyerasının inkişafına mütəmadi olaraq dəstək göstərir.

Şirkət mütəmadi olaraq müxtəlif təhsil müəssisələri, müvafiq dövlət strukturları və digər təşkilatlar tərəfindən təşkil olunan karyera sərgilərində fəal iştirak edir. Müsahibədən uğurla keçən gənclər ölkənin ən böyük və ən innovativ şirkətlərindən birində iş və ya təcrübə imkanı qazanır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Digər

Bir cavab yazın

Bunu da oxu

DTX Respublika Günü ilə bağlı videokompozisiya hazırladı

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi tərəfindən 28 May – Respublika G…