Əsas Səhifə Başliqlar Bakı bu fonddan yaxasını vaxtında qurtardı

Bakı bu fonddan yaxasını vaxtında qurtardı

6 dəqiqə oxundu
0
0
97

Soros Fondunun bu gün Azərbaycan ilə bağlı sərgilədiyi qərəzli mövqeyi anlamaq üçün ilk növbədə bu fondun fəaliyyəti ilə yaxından tanış olmaq lazımdır. Özünü xeyriyyə qurumu kimi təqdim edən Soros Fondu öz fəaliyyətində xeyriyyəçilikdən tamamilə uzaq olduğunu hər dəfə nümayiş etdirir. Fondun məqsədlərinin kökündə tamamilə siyasi və iqtisadi amillər dayanır. Ermənistana 600 min dollar maliyyə dəstəyi ayırması bir daha bunu sübut edir.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Soros Fondunun Azərbaycan ilə bağlı sərgilədiyi qərəzli mövqeyi şərh edərkən deyib. Politoloq bildirib ki, Soros Fondunun qurucusu yəhudi əsilli milyarder Corc Sorosdur:

“Corc Soros bu fondla yanaşı dünyanın bir çox ölkələrinə nüfuz etmiş Açıq Cəmiyyət İnstitutunun da yaradıcısı hesab edilir. Soros uzun illər Latın Amerikası ölkələrində kommersiya xarakterli fəaliyyətləri ilə sərvətini artıra bilib. Fond, əslində, Sorosun yeni kommersiya mənbələri tapmasında vasitəçidir. Məsələn, SSRİ dağıldıqdan sonra postsovet ölkələri dərin bir iqtisadi böhrana düçar oldu. Soros fondu bu ölkələrin bir çoxunda, eyni zamanda Azərbaycanda da fəaliyyətə başladı. Onu da deyim ki, əvvəlcə özünü xeyirxah kimi təqdim edən fond zamanla iç üzünü bəlli etməyə başladı. Azərbaycandakı fəaliyyəti günü-gündən dəyişən fond faktiki olaraq siyasi və iqtisadi məsələlərə də müdaxilə etməyə başladı. Buna görə də fəaliyyəti dayandırıldı”.

Politoloqun sözlərinə görə, Soros Fondu Azərbaycana qarşı “düşmənimin düşməni mənim dostumdur” prinsipi sərgiləyir:

“Soros Fondunun Azərbaycandan çıxarılması onun nüfuzuna təsir etdi. Azərbaycanın ardınca Gürcüstanda da fəaliyyəti dayandırılan fond Qafqazda yalnız Ermənistanda fəaliyyət göstərir. Soros Fondunun MDB ölkələrindən məhz Ermənistana 600 min dollar maliyyə dəstəyi ayırması da bu səbəbdəndir.

Fond müntəzəm olaraq Azərbaycan əleyhinə bəyanatlar, qərəzli mövqelər verməkdə davam edir. Xüsusilə, insan haqları, siyasi həbslər, QHT-lərə təzyiq mahiyyətli bəyanatlar heç bir reallığı əks etdirmir. Ölkə başçısının bu gün daxili siyasi kursuna baxdıqda ölkədəki bütün siyasi partiyalara dəstək verdiyini, onlarla fərdi söhbətlərin keçirilib problemlərinin dinləndiyini görürük. Bu il ərzində azadlığa buraxılan siyasi məhbuslar isə özlüyündə böyük bir addımdır. Bütün bu faktları isə Soros Fondu niyəsə görmür, ya da görmək istəmir. Bütün bu və bu kimi hallar bir daha fondun heç də demokratik dəyərlər əsasında fəaliyyət göstərmədiyini sübut edir”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Başliqlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

QHT məhkumlar arasında koronavirusla bağlı maarifləndirmə işləri aparır

“Sağlamlığa Xidmət” İctimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri…