Bu gün Azərbaycan Respublikası Gənclər Fondunun XI qrant müsabiqəsi çərçivəsində “Bakı-Fiziki məhdudiyyətli gənclərin obyektivindən” adlı layihənin icrasına Sərgi ilə yekun vuruldu.

Layihədə iştirak edən bir qrup fiziki məhdudiyyətli gənclər Dəniz Kənarı Milli Parkda foto sənəti barədə təlimlər keçdikdən sonra onlar çəkdikləri şəkillərdən sərgi təşkil olunub. Bu barədə Sosialxəbər.az-a layihə rəhbəri Cavid Həsənli məlumat verib. Sərgidə fiziki məhdudiyyətli gənclərlə birgə bir çox idarə və təşkilatlardan qonaqlar iştirak etdi.