Əsas Səhifə İqtisadiyyat Bakı nefti sürətlə bahalaşdı

Bakı nefti sürətlə bahalaşdı

4 dəqiqə oxundu
0
0
292

Dünya bazarında neftin qiymətinin yenidən qalxması müsbət dinamikadır. Düşünürəm, qiymətlər 50 dollara qədər qalxacaq. Lakin bununla belə, hazırkı artım dinamikasının dayanıqlı olması üçün iqtisadi faktorlar siyasi faktorları üstələməlidir.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azəri Layt” markalı xam neftin qiymətinin kəskin bahalaşması haqda danışarkən deyib. O bildirib ki, “Azəri Layt” markalı neftin qiymətinin son günlər artmasının bir neçə səbəbi var:

“Birincisi, OPEK+ razılaşmasının əldə edilməsidir. Hansı ki, hasilatın azalması bazarda tarazlığın yaranmasına gətirib çıxardı. İkincisi, Avropa Birliyi son zamanlar bazara dəstək olmaq məqsədilə iqtisadiyyata 700 milyard dollar yardım paketi, ABŞ Konqresi isə gələn həftə üçün 1 trilyon dollarlıq təşviq paketi qəbul edib. Üçüncüsü, son zamanlar dolların indeksi kifayət qədər aşağı düşüb. Avro qarşısında isə dollar son iki ilin ən böyük enişini yaşayıb. Dördüncüsü, pandemiyanın təsirləri yumşaldıqca bəzi ölkələrdə uçuşlar bərpa olunub. Bundan əlavə, iqtisadiyyatın bəzi sahələrində fəaliyyət yenidən bərpa olunub. Bu da öz növbəsində neftə tələbatın artmasına gətirib çıxarıb. Düşünürəm, qeyd etdiyim bir neçə səbəb başda olmaqla, müxtəlif proseslərə görə dünya bazarında neftin qiyməti artıb. Təbii ki, bu da “Azəri Layt” markalı neftin qiymətinə təsir edib”.

N.Cəfərli vurğulayıb ki, pandemiyanın ikinci dalğası neftin qiymətini yenidən aşağı sala bilər:

“Pandemiyanın ikinci dalğası ilə bağlı yayılan xəbərlər payız ayları üçün qiymətlərə təsir edə bilər. Çünki yoluxma sayında artımın olması, eyni zamanda, iqtisadiyyatın yenidən durması neft bazarına da təsirsiz ötüşməyəcək. Fikrimcə, ikinci dalğanın qarşısı alınmasa və ya iqtisadiyyatın bu dalğadan təsirləri sığortalanmasa, qiymətlər yenidən 30 dollara qədər düşə bilər”.

Qeyd edək ki, “Azəri Layt” markalı neftin bir barreli 45,74 dollara qalxıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin İqtisadiyyat

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Cəlilabad rayonunda yol qəzası baş verib

Cəlilabad rayonunda yol qəzası baş verib. Sosialxəbər.az Report-a istinadən xəbər verir ki…