Əsas Səhifə Cəmiyyət Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi

Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi

2 dəqiqə oxundu
0
0
535

Bu gün səhər saatlarından etibarən paytaxtın park və uşaq meydançaları, Nizami küçəsində gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

Sosialxəbər.az bildirir ki, Bu barədə Oxu.Az-a Bakı Abadlıq Xidmətindən məlumat verilib.

COVID-19 pandemiyasının Azərbaycanda yayılmaması məqsədilə ölkə ərazisində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.

Bura parklar, uşaq meydançaları, inzibati binalarla yanaşı, insanların sıx toplaşdığı ərazilər də daxildir. Bu ərazilərdə oturacaqlar, səkilər dezinfeksiya edilir.

İstifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, paytaxt sakinlərinə ciddi zərurət yaranmadığı təqdirdə bu gün küçəyə çıxmamaları xəbərdarlıq edilir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) virusun yayılmaması üçün hər kəsə zərurət olmadığı halda evdən çölə çıxmamağı tövsiyə edir. Əhaliyə evlərini tərk etməmək və kütləvi yerlərdə toplaşmamaq tövsiyə olunur.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Samuxda piknik edənlər cərimələndi

Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin rejimi qaydal…