Home Cəmiyyət Bakı sakinlərinə xəbərdarlıq: Sabah çölə çıxmayın!

Bakı sakinlərinə xəbərdarlıq: Sabah çölə çıxmayın!

298
0

Son günlərdə ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edildiyindən vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir.

Sosialxəbər.az bildirir ki, BŞİH-nin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, icra hakimiyyəti tərəfindən ümumşəhər dezinfeksiya həftəsi elan edilib və bu tədbirlər çərçivəsində sabah, avqust ayının 14-ü səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən elan edilmiş ümumşəhər dezinfeksiya həftəsi çərçivəsində şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Previous articleRusiya MN-dən təxribat: Xankəndidəki “rejim” tərəfdir? – Video
Next articleƏliyev Ərdoğana başsağlığı verdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here