Əsas Səhifə Hadisə Bakıda 16 yaşlı oğlan anasını namus üstündə güllələyib

Bakıda 16 yaşlı oğlan anasını namus üstündə güllələyib

2 dəqiqə oxundu
0
0
31

 

Bakıda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. Məlumata görə, 16 yaşlı Maarif Əliyev anası 37 yaşlı Mədinə Qurbanovanı namus üstündə öldürüb.

Belə ki, M.Qurbanovanın əri bir müddət əvvəl arvadından küsərək evdən gedib. Qadın isə başqa kişilərlə görüşüb. Bu barədə M.Əliyevə qonşular məlumat verib. Bundan sonra o, anasını güdməyə başlayıb. Küçədə anasının avtomobildən düşdüyünü görən gənc evdə onunla mübahisə edib. Mübahisə bitdikdən yarım saat sonra M.Əliyev anasına divanda əyləşdiyi yerdə atəş açıb. Atəş səsinə qonşular gəlib.

Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan 1979-cu il təvəllüdlü Qurbanova Mədinə Nurəddin qızı 16 yaşlı oğlu tərəfindən ov tüfəngi ilə açılan atəşlə qətlə yetirilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb, təhqiqat aparılır.

Hadisəni törətmiş oğlan polisə təslim olub. M.Qurbanovanın 4 övladı var. M.Əliyev ortancıl oğludur.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…