Bakıda 22 yaşlı oğlan dənizdə batıb.

Sosialxəbər.az APA-ya istinadən məlumatına görə, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Fuad Mövlanov Sabunçu rayonu, Nardaran qəsəbəsindəki çimərlikdə boğularaq ölüb. Onun meyiti sudan çıxarılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.