Əsas Səhifə Hadisə Bakıda dilənçilər bir-birini BIÇAQLADI

Bakıda dilənçilər bir-birini BIÇAQLADI

1 dəqiqə oxundu
0
0
31

Bakıda dilənçilər bir-birini bıçaqlayıb. Hadisə Sabunçu rayonu, Qanbay Vəzirov küçəsində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Məmmədov Mətləb Vəzir oğlu 24 yaşlı Salmanov Asim Rasim oğlunun çənəsinə bıçaqla zərbə vurub. Xəsarət alan A.Salmanov da bıçaqla M.Məmmədovun kürək nahiyəsinə zərbə vurub. Hər iki şəxs Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti əməkdaşlarının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Onlar reanimasiya şöbəsində həkim nəzarətindədir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, A.Salmanov və M.Məmmədov Sabunçu rayonu ərazisində avtomobil yollarında dilənçiliklə məşğul olurlar.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…