Əsas Səhifə Cəmiyyət Bakıda din və multikulturalizm mövzusunda – Beynəlxalq konfrans

Bakıda din və multikulturalizm mövzusunda – Beynəlxalq konfrans

1 dəqiqə oxundu
0
0
35

 

Bakıda “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfrans keçirilir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin sədrliyi ilə keçən konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, dövlət, din xadimləri, Rus Pravoslav Kilsəsi və Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələri, bir sıra ölkələrin səfirləri və digərlər şəxslər iştirak edirlər.

Tədbirdə öncə Azərbaycan prezidenti İlham Əliyevin müraciəti oxunub, sonra Azərbaycanda multikulturalizmə həsr olunmuş video-çarx nümayiş olunub.

Konfransda çıxış edən Allahşükür Paşazadə bildirib ki konfrans dünyada irqi, milli, etnik və digər zəmində baş verən qarşıdurmalar fonunda Qafqazda sülhə və onun qorunmasına xidmət edir. Şeyxülislam bu mənada Azərbaycanın tolerantlıq modelini nümunə göstərib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…