Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə sosial şəbəkələrdə avtomobilin içərisində erməni mahnısı səsləndirilən şəxsin kimliyi müəyyən olunaraq, saxlanılıb.

Bu barədə Sosialxəbər.az Axşam.az-a istinadən Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, faktla bağlı müvafiq araşdırmalar aparılır, hadisənin təfərrüatı öyrənilir.