Əsas Səhifə Hadisə Bakıda gənc qız mənzil qarət edib

Bakıda gənc qız mənzil qarət edib

2 dəqiqə oxundu
0
0
76

Bakıda gənc qız mənzil qarət edib.

Sosialxəbər.az xəbər verir ki, hadisə mayın 9-da Suraxanı rayonu Əmircan qəsəbəsində baş verib. Naməlum şəxs qəsəbə sakini İmran Abbasova məxsus mənzildən min manat dəyərində televizor və məişət əşyaları oğurlayıb.

Həmçinin mayın 19-da Əmircan qəsəbəsində N.Əmirovaya məxsus mənzildən 700 manat dəyərində noutbuk oğurlanıb.

Suraxanı Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq etməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Əfsanə Ağayeva tutulub.

Faktla bağlı araşdırma aparılır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

Kapital Bank yenilənən Ağdam filialını istifadəyə verdi

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həya…