Bakıda “Hüquq və rəqəmsallaşma” mövzusunda seminar keçirilib.

Sosialxəbər.az xəbər verir ki, tədbir ölkədə rəqəmli iqtisadiyyatın formalaşdırılması və yüksək texnologiyaların tətbiqinə həsr edilib.

Seminarda iştirak üçün Bakıya Martin Lüter adına Halle-Vittenberq Universitetinin və Tallin Texniki Universitetinin mütəxəssisləri gəliblər. Burada onlara ADA Universitetinin professor və tələbə heyəti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri qatılıblar.