Əsas Səhifə Hadisə Bakıda “Taxta bazarı”nda yanğın

Bakıda “Taxta bazarı”nda yanğın

2 dəqiqə oxundu
0
0
172

Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

Sosialxəbər.az xəbər verir ki, hadisə Dərnəgül yolunda, Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən “Taxta bazarı”nda qeydə alınıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Nərimanov rayonu üzrə Dövlət Yanğından Mühafizə Xidmətinin briqadaları cəlb edilib.

Ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb.

Alov qısa zamanda söndürülüb. Yanğının digər mağazalara keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

Samuxda piknik edənlər cərimələndi

Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin rejimi qaydal…