Əsas Səhifə Slide-az Bakıdakı bayram yarmarkası çadırları sökülür – Səbəb

Bakıdakı bayram yarmarkası çadırları sökülür – Səbəb

2 dəqiqə oxundu
0
0
31

 

Bakı Şəhər İcra Hakimiyyətinin paytaxtda təşkil etdiyi bayram yarmarkalarının keçirilməsi üçün hazırlanan çadırların fəaliyyət göstərməsinə problem yaranıb.

Bu barədə Bakı şəhər İcra hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Qurum sözçüsü bildirib ki, buna səbəb çadırların təhlükəsizliyi ilə bağlı texniki şərtlərin tələb edilməsidir: “Çadırların fəaliyyət göstərməsilə bağlı Fövqəladə Hallar Nazirliyinin əlaqədar qurumlarından texniki şərt almaq tələb olunur. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Hələlik müraciətə cavab verilməyib. Əgər çadırlar texniki şərtlərə cavab verməsə söküləcək və bayram yarmarkaları açıq hava şəraitində təşkil ediləcək. Texniki şərtlər alınmadığından isə hələlik yarmarkaların çadırlarda fəaliyyət göstərməsinə icazə verilmir”.

Ə.Bağırov deyib ki, hazırda Bakıda 10 yerdə bayram yarmarkası çadırı qurulsa da, onların fəaliyyət göstərməsinə icazə verilməyib: “Məsələn, metronun “Neftçilər” stansiyasının qarşısında quraşdırılan bayram yarmarkası çadırı sökülüb. Ola bilsin ki, başqa çadırlar da sökülsün”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…